Xətai rayonunda marşrut avtobusu məktəblini vurub
Bakı, 10 yanvar, AZƏRTAC
Yanvarın 10-da saat 16:30 radələrində Xətai rayonu Əhmədli qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 44 saylı marşrut üzrə hərəkət edən “Daewo” markalı xətt avtobusu 10 yaşlı məktəbli oğlanı vurub. Qəza nəticəsində məktəbli hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıblar
DİN: Son 20 gündə 250 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO
Paytaxt sakininə qarşı quldurluq edilib