FHN Kür çayında batması ehtimal olunan şəxsin axtarışlarını davam etdirir
Bakı, 10 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-axtarış qrupları ötən il dekabrın 21-də Kür çayının Tovuz rayonunun Qədirli kəndi ərazisindən keçən hissəsində batması ehtimal olunan 1974-cü il təvəllüdlü Məmmədov Eldəniz Mikayıl oğlunun axtarışlarını davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əlverişsiz hava şəraitinə baxmayaraq, FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirlərini həyata keçirirlər.
Saray qəsəbəsindəki yol qəzasında Oqtay Əliyev ölüb, Dilarə Əliyeva və Mehriban Zəki xəsarət alıb
BƏƏ-dən gələn Azərbaycan vətəndaşından 93 ədəd “İphone” aşkarlandı
Yasamalda avtomobilin nömrəsini oğurlayaraq pul tələb edən şəxs saxlanılıb