Yaşayış sahəsini təqdim edən fiziki şəxsin hansı vergi öhdəliyi yaranır?
Bakı, 10 yanvar, AZƏRTAC
Bakı şəhərində yaşayan fiziki şəxsin evini satarkən vergi öhdəliyi yaranırmı?
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinə əsasən, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini və mülkiyyətində olan torpaq sahələrini təqdim edən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir.
Qeyd edilən sahələrin təqdim olunması zamanı sadələşdirilmiş vergi müqaviləsini təsdiqləyən notariuslar tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilir.
Həmçinin fiziki şəxsin azı üç il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb olunmur.
Bununla yanaşı, fiziki şəxslərin yaşayış sahəsinin təqdim edilməsi zamanı 30 kvadratmetr olan sahə sadələşdirilmiş vergidən azad edilir. Bu zaman fiziki şəxs üç təqvim ilindən az müddətdə qeydiyyatda olduqda yaşayış sahəsi təqdim edərkən həmin yaşayış sahəsinin 30 kvadratmetr olan hissəsi çıxılmaqla qalan sahənin hər kvadratmetrinə sadələşdirilmiş vergi hesablanır.
Verginin məbləği satılan mənzilin sahəsinin hər kvadratmetrinə 15 manat olmaqla Vergi Məcəlləsi ilə müəyyən olunmuş əmsalın tətbiqlənməsi ilə müəyyən edilir.
FED-dən yeni artım qərarı: manatı nə gözləyir?
Dövlət xətti ilə 3 min 287 kirayə mənzil verilib
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 43 min 295 ipoteka krediti verilib
Korporativ Sosial Məsuliyyət “PAŞA Holding”in strategiyasının mərkəzində qalmaqdadır
® “Birbank Visa” kartları ilə xaricdəki ödənişlərə 2 faiz keşbek hesablanacaq