Milli parkların ərazisində mühafizə rejimini pozan şəxslər cəzalandırılıb
Bakı, 10 yanvar, AZƏRTAC
Korçay Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qoruğun ərazisində ov edən şəxs saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev AZƏRTAC-a bildirib ki, araşdırma zamanı brakonyerin Goranboy rayon sakini Emil Əsgərov olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunan ov alətləri götürülüb.
“Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı isə milli parkın ərazisində mühafizə rejimini pozan Masallı rayon sakini Müqəddəs Şahbazov saxlanılıb”, - deyə o bildirib.
Xidmət rəsmisinin sözlərinə görə, hər iki faktla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb.
Martın 30-da ölkənin bəzi yerlərində intensiv yağış yağacaq
“Azərbaycanda iqlim şəffaflığı sahəsində liderlik üzrə mentorluq proqramı”na dair təlim keçirilir
Paytaxt havasında dispers toz hissəciklərinin miqdarı normadan 1.8 dəfə yuxarı olub
Temperatur 10 dərəcəyədək enəcək, yağış və qar yağacaq
Ala qarğalar ağıllı quşlar olduğundan onlarla mübarizə aparmaq çox çətindir