×
A
A
A
Sazlamalar

"20 Yanvarda doğulanlar" adlı bədii-sənədli filmin treyleri yayımlanıb VİDEO

Bakı, 10 yanvar, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşəbbüsü əsasında xalqımızın qəhrəmanlıq salnaməsi olan 20 Yanvar hadisələri və bu hadisələr zamanı şücaət göstərmiş dənizçilərimiz haqqında çəkilən “20 Yanvarda doğulanlar” adlı bədii-sənədli filmin treyleri yayımlanıb.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, filmin ssenarisi hadisələrin iştirakçısı olmuş dənizçilərin açıqlamaları və xatirələri əsasında yazılıb. Həmçinin ssenarinin ərsəyə gəlməsində o dövrün araşdırmaçı tarixçiləri, peşəkar ssenaristlər və hərbi ekspertlər də yaxından iştirak ediblər. Bədii-sənədli filmin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Elxan Cəfərovdur.
Qeyd edək ki, “20 Yanvarda doğulanlar” filmi yanvarın 20-də İTV-də və ASCO-nun bütün rəsmi sosial şəbəkə hesablarında yayımlanacaq.

Mədəniyyət 2023-01-10 12:35:00

Video