Çinli mütəxəssislər hava proqnozlarının dəqiqliyinin artırılması üzərində işləyəcəklər
Bakı, 10 yanvar, AZƏRTAC
Çin Xalq Respublikasının Meteorologiya İdarəsinin məlumatına görə, bu idarənin mütəxəssisləri 2023-cü ildə əsas diqqəti hava proqnozlarının dəqiqliyinin artırılmasına yönəldəcəklər.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, idarə öz proqnozlarında anomal meteoroloji hadisələrin bütün tiplərini tam əhatə etməklə süni intellekt və bir neçə mənbədən alınan informasiyanın birləşdirilməsi yolu ilə iqlim hadisələrinin proqnozlaşdırılmasını təkmilləşdirəcək, müvafiq xəbərdarlıq prosedurlarını yaxşılaşdıracaq.
İdarədən verilən məlumata görə, unikal iqlim şəraiti ilə fərqlənən əsas rayonlarda hava proqnozlarının təkmilləşdirilməsi və qlobal iqlim anomaliyalarının proqnozlaşdırılması diqqət mərkəzində olacaq.
İdarə bildirir ki, çinli mütəxəssislər əlverişsiz hava hadisələrindən 42 dəqiqə əvvəl bu barədə əhaliyə xəbərdarlıq etməyə, habelə leysan yağışlarının proqnozlaşdırılması dəqiqliyini 91 faizə çatdırmağa hazırdırlar.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 621 santimetrə bərabər olub
Novruz bayramında Abşeron Milli Parkında bir gün
Sabah ölkə ərazisində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir
Vahid Kirişçi: Azərbaycanla münasibətlərimiz bir çox ölkəyə örnək olacaq səviyyədə inkişaf edəcək
Azərbaycanla BMqT arasında qlobal iqlim dəyişikliyi ilə mübarizə sahəsində fikir mübadiləsi aparılıb