Bakı Fond Birjasında qiymətli kağızlar üzrə keçirilən əməliyyatların həcmi azalıb
Bakı, 10 yanvar, AZƏRTAC
Ötən il Bakı Fond Birjasında (BFB) qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz azalaraq 14 milyon 947 min 984,521 manat təşkil edib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə dövlət qiymətli kağızlar üzrə ticarət həcmində 14 faiz, korporativ qiymətli kağızlar 93 faiz, korporativ qiymətli kağızlar üzrə: ilkin bazar 17 faiz, təkrar bazar 405 faiz, korporativ qiymətli kağızlar üzrə repo əməliyyatları üzrə isə 2694 faiz artım müşahidə olunub. Həmçinin ötən illə müqayisədə ümumi repo əməliyyatları üzrə 30 faiz azalma qeydə alınıb. 2022-ci ilin dekabr ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 4 milyon 193 min 278,402 manat təşkil edərək, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz azalıb.
2022-ci il ərzində Bakı Fond Birjasında ötən ilə nəzərən korporativ qiymətli kağız yerləşdirilməsi (ipoteka istiqrazları istisna) sayı 36 faiz artaraq 45 təşkil edib, kütləvi üsulla həyata keçirilmiş korporativ qiymətli kağız yerləşdirilməsi (ipoteka istiqrazları istisna) sayında isə 47 faiz artaraq 34 olub.
İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
FED-dən yeni artım qərarı: manatı nə gözləyir?
Dövlət xətti ilə 3 min 287 kirayə mənzil verilib
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 43 min 295 ipoteka krediti verilib
Korporativ Sosial Məsuliyyət “PAŞA Holding”in strategiyasının mərkəzində qalmaqdadır