Ova gedən şəxs ehtiyatsızlıqdan açılmış atəş nəticəsində ölüb
Bakı, 9 yanvar, AZƏRTAC
Yanvarın 9-u Biləsuvar rayon sakini, 1967-ci il təvəllüdlü Zakir Tağıyevin ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, ilkin araşdırma zamanı Zakir Tağıyevin yanvarın 9-da saat 16 radələrində 3 nəfərlə birgə Biləsuvar rayonunda yerləşən “Şəhriyar” adlı əraziyə ova getməsi və həmin vaxt orada olan şəxslərdən biri tərəfindən ehtiyatsızlıqdan açılmış atəş nəticəsində ölməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
Dünən meşə fondu torpaqlarında 14 mindən artıq ağac əkilib
Martın 29-da atmosfer havasının keyfiyyəti necə olub?
Avropa İttifaqında mühüm ekoloji qanun ratifikasiya edilib
İşlənmiş batareyaların toplanması məntəqələrinin sayı artırılır
Tovuz, Göygöl və Qəbələdə ümumilikdə 5 mindən çox ağac əkilib