Şuşa, Kəlbəcər və Laçında növbəti 3 gündə müşahidə ediləcək hava şəraiti açıqlanıb
Bakı, 9 yanvar, AZƏRTAC
Növbəti üç gündə Şuşa, Kəlbəcər və Laçında müşahidə ediləcək hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvarın 10-da zəif yağan qarın axşama doğru intensivləşəcəyi gözlənilir. Arabir duman olacaq. Şərq küləyi 3-8 metr/saniyə əsəcək. Havanın temperaturu gecə 15-18 dərəcə şaxta, gündüz 8-13 dərəcə şaxta olacaq.
Yanvarın 11-də arabir qar yağacağı, duman olacağı gözlənilir. Şərq küləyi 3-8 metr/saniyə əsəcək.
Havanın temperaturu gecə 15-20 dərəcə şaxta, gündüz 5-10 dərəcə şaxta olacaq.
Yanvarın 12-də gün ərzində əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi 3-8 metr/saniyə əsəcək.
Havanın temperaturu gecə 15-18 dərəcə şaxta, gündüz 6-11 dərəcə şaxta olacaq.
Dünən meşə fondu torpaqlarında 14 mindən artıq ağac əkilib
Martın 29-da atmosfer havasının keyfiyyəti necə olub?
Avropa İttifaqında mühüm ekoloji qanun ratifikasiya edilib
İşlənmiş batareyaların toplanması məntəqələrinin sayı artırılır
Tovuz, Göygöl və Qəbələdə ümumilikdə 5 mindən çox ağac əkilib