×
A
A
A
Sazlamalar

Hava şəraiti ilə bağlı xəsarət alanlardan biri hospitalizasiya olunub

Bakı, 9 yanvar, AZƏRTAC

Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbindən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 25 müraciət daxil olub. Onlardan 18-i qadın, 7-si kişidir.
TƏBİB-dən AZƏRTAC-a bildirilib ki, müraciətlər əsasən diz oynağı, çanaq, bilək, topuq, çiyin çıxığı, əl nahiyələrinin travmaları ilə bağlı olub.
Xəsarət alanlardan biri uşaq, digərləri isə 20-62 yaş aralığında şəxslər olub.
Xəsarət alanların hər biri aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya olunub.

Səhiyyə 2023-01-09 18:46:00