×
A
A
A
Sazlamalar

Hava şəraiti ilə əlaqədar avtomobil yollarındakı vəziyyət

Bakı, 9 yanvar, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar yanvarın 9-da respublikanın avtomobil yollarının vəziyyəti haqqında məlumat yayıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Zəfər yolu”na zəif qar yağır, 4-6 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi və bununla yanaşı buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Toğanalı-Kəlbəcər–İstisu yolunda yağıntı yoxdur, yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Murovdağ istiqamətində şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Yolun qardan təmizlənməsi işləri aparılıb. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 10-15 dərəcə şaxta müşahidə olunur. Yolda əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülür.
Bakı–Quba yolunun Quba rayonu ərazisində zəif qar yağır. Qusar rayonu ərazisində 3-4 dərəcə şaxta var. Gün ərzində yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Xınalıq kəndi ərazisində 6-7 dərəcə şaxta var.
Giləzi–Xızı yolunun Xızı rayonu ərazisində qar yağır. Gün ərzində yolun qardan təmizlənməsi və buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülüb, hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bakı-Qobustan yolunda qar yağır. Yolda qar yoxdur. Gün ərzində yol qardan təmizlənib, yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Qobustan rayonu ərazisində 5-6 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Qobustan-Şamaxı–Muğanlı yolunda qar yağır, gün ərzində yol qardan təmizlənib, qum-duz səpilib. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Muğanlı–Ağsu-Yevlax yolunda qar yağır, gün ərzində yol qardan təmizlənib, Ağsu dolaylarında yolun buz bağlamış hissələrinə qum-duz səpilir. Bu istiqamətdə tədbirlər davam etdirilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Muğanlı–İsmayıllı yolunda qar yağır, hazırda 4-6 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülüb. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
İsmayıllı-Qəbələ-Oğuz-Şəki yolunda qar yağır. Qəbələ rayonu ərazisində 2-3 dərəcə, İsmayıllı rayonu ərazisində 4-6 şaxta var. Gün ərzində yolun qardan təmizlənməsi, körpülərdə və yolun meşə zolağından keçən hissələrində buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülüb. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolun Qəbələ-Oğuz-Şəki hissəsində zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkət təmin olunub.
Yevlax-Şəki-Qax–Zaqatala yolunda zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Şəmkir-Gədəbəy yolunda Gədəbəy rayonu ərazisində qar yağır, 7-8 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülüb. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Gəncə-Daşkəsən yolunda yağıntı yoxdur, 7 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülüb. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Ələt–Astara yolunda qar yağır. Yolun Biləsuvar-Astara hissəsində qardan təmizlənməsi işləri aparılır və qum-duz səpilir. 2-3 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Masallı–Yardımlı yolunda Yardımlı rayonu ərazisində zəif qar yağır, 2-3 dərəcə şaxta var. Yolun buz bağlamış hissələrinə qum-duz səpilir. Hərəkət təmin olunub.
Lənkəran–Lerik yolunda Lerik rayonu ərazisində zəif qar yağır, 8-9 dərəcə şaxta var. 20 santimetr qar yağıb, yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Yolda şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunub.
Bakı-Ələt–Hacıqabul-Ucar-Yevlax-Gəncə-Qazax yolunda zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Hacıqabul–Bəhramtəpə–Horadiz yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Tikinti̇ 2023-01-09 18:19:00