×
A
A
A
Sazlamalar

Avtomobil yollarında hazırkı vəziyyət necədir? VİDEO

Bakı, 9 yanvar, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi respublika ərazisində mövcud hava şəraiti ilə bağlı əsas avtomobil yollarındakı vəziyyəti açıqlayıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən növbəti məlumata görə, “Zəfər yolu”na qar yağır, 8-10 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi və bununla yanaşı buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Toğanalı-Kəlbəcər-İstisu yolunda qar yağır, yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Murovdağ istiqamətində şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Yolun qardan təmizlənməsi işləri aparılıb. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 15-18 dərəcə şaxta müşahidə olunur. Yolda əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülür.
Bakı–Quba yolunun Şabran, Quba və Qusar rayonları ərazisində 5-6 santimetr qar yağıb, hazırda zəif qar yağır, 4-5 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi işləri aparılıb, qum-duz səpilib. Xınalıq kəndi ərazisində 14 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Giləzi–Xızı yolunun Xızı rayonu ərazisində güclü qar yağır. Gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılıb. Yağıntı davam edir, marşrut boyu 5-7 dərəcə şaxta var. Sürücülərə şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Qobustan-Şamaxı–Muğanlı yolunda qar yağır, gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılıb. Marşrut boyu 6-8 dərəcə şaxta müşahidə olunur. Hava küləklidir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Muğanlı–Ağsu-Yevlax yolunda qar yağır, Ağsu dolaylarında yolun qardan təmizlənməsi işləri aparılıb, qum-duz səpilib. Muğanlı ərazisində 4-5 dərəcə şaxta var. Ağsu dolaylarında şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
Muğanlı–İsmayıllı yolunda qar yağır, 6-7 dərəcə şaxta var. Yollarda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
İsmayıllı-Qəbələ-Oğuz-Şəki yolunda qar yağır, yolun İsmayıllı-Qəbələ hissəsində buzlaşma əmələ gəlib. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülüb. Şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. 5-7 dərəcə şaxta var. Yolun Qəbələ-Oğuz-Şəki hissəsində zəif qar yağır, körpülərdə və yolun meşə zolağından keçən hissələrində əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb. Yolda hərəkət təmin olunur.
Yevlax-Şəki-Qax-Zaqatala yolunda qar yağır, marşrut boyu 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.
Şəmkir-Gədəbəy marşrut boyu qar yağır, 10-11 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Gəncə-Daşkəsən marşrut boyu qar yağır, 10 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Ələt–Astarada qar yağır, yolun Biləsuvar-Astara hissəsində yolun qardan təmizlənməsi işləri aparılır və qum-duz səpilir. 2-3 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Masallı–Yardımlı yolunun Yardımlı rayonu ərazisində zəif qar yağır, 2-3 dərəcə şaxta var. Yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Lənkəran–Lerik yolunun Lerik rayonu ərazisində zəif qar yağır, 7-8 dərəcə şaxta var. 20 santimetr qar yağıb, gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Yolda şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
Bakı-Ələt–Hacıqabul-Ucar-Yevlax-Gəncə-Qazax yolunda zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Hacıqabul–Bəhramtəpə–Horadiz yolunda zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Nəqliyyat 2023-01-09 12:34:00

Video