Kəlbəcər rayonunun Həsənlər kəndi FOTO
Bakı, 9 yanvar, AZƏRTAC
Kəlbəcər rayonunun Həsənlər kəndi Yellicə kənd inzibati ərazi dairəsində, Şərqi Göyçə silsiləsinin ətəyində yerləşir.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Həsənlər kəndinin görüntülərini təqdim edir.
Tərtərdə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda elmi-praktiki konfrans keçirilib
AAYDA sədri Salyan və Neftçaladan olan vətəndaşları qəbul edəcək
Ermənilər Şuşa qalasının “İrəvan” qapısını qəsdən dağıdıblar REPORTAJ VİDEO