Ağdamda 21 min 624 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib
Ağdam, 7 yanvar, AZƏRTAC
Ağdam rayonunda cari ilin əkinləri üçün 26 min 838 hektar sahədə şum aparılıb, 21 min 624 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, payızlıq səpinlərin 1062 hektarını yaşıl yem, 16 min 874 hektarını dən üçün buğda, 3 min 688 hektarını dən üçün arpa təşkil edir. Torpaq mülkiyyətçiləri yazlıq bitkilərin əkini üçün nəzərdə tutulmuş sahələrdə hazırlıq işləri aparırlar.
“Monte Ferro” şirkəti Şəkidə 1362 hektar sahədə yeni intensiv fındıq bağları salıb
Ağcabədidə 11 min hektardan çox sahədə pambıq becəriləcək
Bərdədə soğan yığımına başlanılıb – qiyməti ucuzlaşacaq