×
A
A
A
Sazlamalar

Yardımlıda səpin işləri başa çatıb

Yardımlı, 7 yanvar, İlkin Adıyev, AZƏRTAC

Yardımlı rayonunda kənd təsərrüfatının taxılçılıq sahəsi spesifik sahələrdən hesab olunur.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, fermer və torpaq mülkiyyətçiləri 2023-cü ildə yüksək nəticələr əldə etmək məqsədi ilə 2022-ci ilin payızlıq səpin kampaniyasına vaxtında başlayaraq 4277 sahədə şum işləri aparılıb. Optimal müddətdə 4232 hektar sahədə səpin işləri də görülüb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 776 hektar çoxdur.
Yerinə yetirilən əkin işlərinin 4016 hektarını buğda, 216 hektarını arpa sahəsi təşkil edir.
Artıq rayonda 2023-cü ilin məhsulu üçün səpin işləri başa çatdırılıb.

Regionlar 2023-01-07 11:05:10