Şəmkir rayon sakinlərindən 3 kiloqrama yaxın narkotik vasitə götürülüb
Bakı, 7 yanvar, AZƏRTAC
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitəni saxlamaqda və satmada şübhəli bilinən Şəmkir rayon sakinləri E.Mustafaoğlu, Ə.Nəbiyev və İ.Hüseynov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ə.Nəbiyevdən 1 kiloqram 585 qram marixuana, İ.Hüseynovdan 1 kiloqram 320 qram heroin və 49 qrama yaxın metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıblar
DİN: Son 20 gündə 250 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO
Paytaxt sakininə qarşı quldurluq edilib