×
A
A
A
Sazlamalar

Ərzaqlıq kartof məhsulunda karantin tətbiq edilən orqanizm aşkar olunub

Bakı, 6 yanvar, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, fiziki şəxs İsbəndiyarov Cabir Babulla oğlu tərəfindən İran İslam Respublikasından idxal edilən 23 min 800 kiloqram , “Baku Fruit Delivery” MMC tərəfindən Rusiya Federasiyasından idxal olunan 19 min 950 kiloqram ərzaqlıq kartof məhsulundan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində məhsul partiyalarında karantin tətbiq edilən zərərli orqanizmlər - kartofun qonur çürüməsi bakteriyası və kartof gövdə nematodu aşkar olunub.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Zərərli orqanizmlə sirayətlənmiş məhsullar tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Sosial 2023-01-06 17:09:00