×
A
A
A
Sazlamalar

Vergi risklərinin minimallaşdırılması məqsədilə “Vergi partnyorluğu sazişi” bağlanıla bilər

Bakı, 6 yanvar, AZƏRTAC

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, vergi orqanları vergi risklərinin minimallaşdırılması məqsədilə vergiödəyiciləri ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada “Vergi partnyorluğu sazişi” bağlamaq hüququna malikdir.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinə əsasən, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə və ya məqsədli dövlət fondlarına ödənilməsini təmin etmək, vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən şəxslərdən həmin müqavilənin tələblərindən irəli gələn sənədləri və məlumatları elektron və ya kağız daşıyıcılarda tələb etmək də vergi orqanlarının hüququdur.

Maliyyə 2023-01-06 16:57:00