×
A
A
A
Sazlamalar

Ağcabədi idmançıları taekvondo üzrə Azərbaycan çempionatı və birinciliyində uğurlu nəticə qazanıblar

Ağcabədi, 6 yanvar, AZƏRTAC

Yeniyetmə, gənclər və böyüklər arasında taekvondo idman növü üzrə Azərbaycan çempionatı və birinciliyində uğurlu nəticələr əldə etmiş ağcabədili idmançılarla görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon gənclər və idman idarəsinin rəisi Rüfət Quliyev idmançıları qazandıqları nəticələr münasibətilə təbrik edib, onlara yeni nailiyyətlər arzulayıb. İdarə rəisi ölkəmizdə idmana olan dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin inkişafı, kütləviliyin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb. Bildirib ki, Ağcabədi taekvondoçularının uğurlu nəticə əldə etmələri rayonda idmanın inkişafının bariz nümunəsidir.
Qeyd edək ki, 2022-ci il dekabrın 20-24-də Bakı şəhərində keçirilmiş taekvondo idman növü üzrə yeniyetmə, gənclər və böyüklər arasında Azərbaycan çempionatı və birinciliyində Ağcabədi idmançıları 11 medal (5 qızıl, 1 gümüş, 5 bürünc) qazanmaqla komanda hesabında ölkə üzrə 2-ci yeri tutublar.

Regionlar 2023-01-06 16:58:48