×
A
A
A
Sazlamalar

Şuşa, Kəlbəcər və Laçında intensiv qar yağacağı gözlənilir

Havanın temperaturu gecə 10-15°, gündüz 5-7° şaxta olacaq

Bakı, 6 yanvar, AZƏRTAC
Milli Hidrometeorologiya Xidməti Şuşa, Kəlbəcər və Laçında hava şəraitinin dəyişəcəyi haqqında xəbərdarlıq yayıb.
AZƏRTAC məlumata əsasən bildirir ki, Şuşa, Kəlbəcər, Laçında - yanvarın 7-dən 8-nə keçən gecədən başlayaraq yanvarın 12-dək hava şəraitinin dəyişəcəyi, arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyinin sürəti 5-10 metr/saniyə, arabir 15 metr/saniyə olacaq.
Havanın temperaturu gecə 10-15°, gündüz 5-7° şaxta olacaq. Yollar buz bağlayacaq.
Yanvarın 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Lakin gecəyə doğru arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 metr/saniyə olacaq.
Havanın temperaturu gecə 3-6° şaxta, gündüz 2°-dək isti olacaq.
Yanvarın 8-də arabir qar yağacağı, duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8°, gündüz 2-4° şaxta olacaq.
Yanvarın 9-da arabir qar yağacağı, duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10°, gündüz 3-5° şaxta olacaq.

Ekologiya 2023-01-06 16:16:00