×
A
A
A
Sazlamalar

Ötən il Suraxanı rayonu üzrə 16 kilometrdən artıq küçə təmir olunub

Bakı, 6 yanvar, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, paytaxtın Suraxanı rayonunda ümumi uzunluğu 16 kilometrdən artıq 13 küçə təmir olunub.
Agentliyin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə təmir işləri rayon üzrə Yeni Suraxanı qəsəbəsinin 14 iyul küçəsindən ayrılan məhəllədaxili yollarında (1000 metr), Mərkəzi küçəsində (1300 metr), Bülbülə qəsəbəsində Samir Əliyev küçəsində (600 metr), Qaraçuxur qəsəbəsində Şərq yaşayış massivinin yollarında (3900 metr), Əmircan qəsəbəsində Zeynal Zeynalov küçəsində (1000 metr), Atamoğlan Rzayev küçələrinin məhəllədaxili yollarında (650 metr), Zığ qəsəbəsində İdris Süleymanov küçəsində (1000 metr) və Hətəm Allahverdiyev küçəsində (1000 metr), Dədə Qorqud yaşayış massivinin məhəllədaxili yollarında (1400 metr), Hövsan qəsəbəsində Məktəbli küçəsində (1300 metr), Oqtay Şabanov küçəsində (1200 metr), Südçülük yaşayış massivinin məhəllədaxili yollarında (1000 metr), Dənizkənarı küçəsində (1000 metr) əsaslı təmir işləri aparılıb.
Qeyd olunan ərazilərdə yeni və müasir yol infrastrukturu yaradılıb.
Xatırladaq ki, agentlik tərəfindən 2021-ci ildə Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18,5 kilometr olan küçə təmir olunub.

Tikinti̇ 2023-01-06 15:58:00