×
A
A
A
Sazlamalar

Tüfənglə ehtiyatsız davranan İmişli sakini özünə xəsarət yetirdi

İmişli, 6 yanvar, Aydın Yavərzadə, AZƏRTAC

İmişlidə ov zamanı ehtiyatsız davranan rayon sakini özünə tüfənglə xəsarət yetirib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə ötən gün saat 16 radələrində İmişli rayonu ərazisində Araz çayının kənarında qeydə alınıb. Belə ki, rayon sakini Babək Əsədov ovda olan zaman tüfənglə ehtiyatsız davrandığı üçün silahdan atəş açılıb və güllə onun ayağına tuş gəlib.
Yaralı Bakı şəhərindəki xəstəxanalardan birinə təxliyə olunub.

Regionlar 2023-01-06 15:05:04