×
A
A
A
Sazlamalar

AAYDA hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Bakı, 6 yanvar, AZƏRTAC

Ölkə ərazisində yanvarın 7-si axşamdan ayın 12-dək havanın dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, agentlik hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib, yollarda yarana biləcək hər-hansı problemin qısa müddət ərzində aradan qaldırılması üçün bütün maşın-mexanizm və texnikalar hazır vəziyyətə gətirilib.
Gözlənilən hava şəraiti ilə əlaqədar sürücülər xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında hərəkətdə olarkən ehtiyatlı olmalı, sürət həddinə əməl etmələri və meteoroloji amilləri nəzərə almalıdırlar. Həmçinin idarə etdikləri nəqliyyat vasitələri üçün mövsümə uyğun şinlərdən istifadə etmələri tövsiyə edilir.

 

Tikinti̇ 2023-01-06 14:41:00