×
A
A
A
Sazlamalar

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq

Bakı, 6 yanvar, AZƏRTAC

Azərbaycanda yanvarın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yanvarın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam arabir yağıntılı olacağı, gecəyə doğru sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 769 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin günün ikinci yarısından şimal və qərb rayonlarından başlayaraq havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 3-8° isti olacaq.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-11° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüzdən başlayaraq bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-10° isti, dağlarda gecə 1-3° isti, gündüz 5-7° isti olacaq.

Ekologiya 2023-01-06 14:37:00