Zaur Əliyev Mingəçevir, Yevlax və Ağdaş sakinlərini qəbul edəcək
Bakı, 6 yanvar, AZƏRTAC
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2023-cü il yanvarın 27-də Mingəçevir, Yevlax və Ağdaş sakinlərini qəbul edəcək.
AZƏRTAC İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə istinadla bildirir ki, qəbul Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının akt zalında, saat 10:00-da başlayacaq. Qəbula gəlmək istəyən vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə birgə Mingəçevir şəhər, Yevlax və Ağdaş rayon mərkəzi xəstəxanalarının ümumi şöbələrinə müraciət etməklə, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 Çağrı mərkəzinə, (+994 12) 310 07 70 (daxili 2117) əlaqə nömrəsinə zəng etməklə və ya agentliyin www.its.gov.az rəsmi saytının vətəndaşların qəbulu üçün onlayn qeydiyyat bölməsi vasitəsilə, yaxud [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlardan agentliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı müraciət etmələri və şəxsiyyəti təsdiq edən sənədlə birgə gəlmələri xahiş olunub. Müraciətini yazılı təqdim etmək istəyən vətəndaşların diqqətinə çatdırılır ki, müraciətin mətni oxunaqlı olmalı, təklif və ya xahiş aydın ifadə edilməlidir.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib olunan siyahısı əsasında qəbul ediləcək. Qəbula qeydiyyat 2023-cü il yanvarın 26-da, saat 18:00-da yekunlaşır.
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 111 yoluxma faktı qeydə alınıb
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
COVID-19-un EQ.5 mutasiyasından qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar