Bu günə qədər Qarabağda 40 min ağac tingi əkilib
Bakı, 6 yanvar, AZƏRTAC
İşğaldan azad olunmuş ərazilərdə 260 min hektar meşə fondumuz var.
AZƏRTAC xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, aparılan monitorinqlər nəticəsində məlum olub ki, həmin ərazilərdə 50 min hektara qədər meşə ərazisi məhv olunub: "Bu ərazilərin bərpa olunması əsas hədəflərimizdən biridir. Qarabağda meşələrin bərpası üçün işlərə başlanılıb. Meşələrin inventarlaşmasının aparılması üçün Türkiyədən dəvət olunmuş mütəxəssislər yaxından bizə kömək edirlər. Bu günə qədər Qarabağda 40 min ağac tingi əkilib".
Vahid Kirişçi: Azərbaycanla münasibətlərimiz bir çox ölkəyə örnək olacaq səviyyədə inkişaf edəcək
Azərbaycanla BMqT arasında qlobal iqlim dəyişikliyi ilə mübarizə sahəsində fikir mübadiləsi aparılıb
BMT Azərbaycanın Su Konfransındakı təşəbbüsünü yüksək qiymətləndirib
Paytaxt havasında dəm qazının miqdarı normanı 1.6 dəfə ötüb
Antonio Quterreş: İqlim dəyişikliyi Yer kürəsini yaşayış üçün yararsız edir