×
A
A
A
Sazlamalar

Ötən il ərzində qanunsuz ov edən 130 yerli və 14 xarici vətəndaş saxlanılıb

Bakı, 6 yanvar, AZƏRTAC

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi ilə birgə son həftə keçirilmiş nəzarət tədbirləri nəticəsində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və ölkənin daxili su hövzələrində istifadəsi qanunla qadağan edilmiş 4752 metr uzunluğunda 86 ədəd sintetik tor və çoxsaylı balıq ovu alətləri aşkar edilərək yığışdırılıb.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2020-2022-ci illər ərzində Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsi tərəfindən birgə aparılmış nəzarət tədbirləri nəticəsində qanun pozucuları barəsində ümumilikdə 1343 akt, 715 “İnzibati xəta haqqında Protokol” tərtib olunub: "760 min manat cərimə və təbiətə dəymiş ziyan müəyyən edilib, eyni zamanda 180 min metr uzunluğunda 3100 ədəd sintetik tor su hövzələrindən yığışdırılaraq zərərsizləşdirilib.
Xidmət tərəfindən 2022-ci il ərzində balıq və digər su bioresurslarının qanunsuz ovu ilə əlaqədar keçirilmiş nəzarət tədbirləri nəticəsində 363 akt və 226 “İnzibati xəta haqqında Protokol” tərtib edilib.159 min 100 manat cərimə tətbiq olunub, təbiətə dəymiş ziyanın məbləği 22 min 570 manat müəyyən edilib".
H.Əlizadə bildirib ki, 2022-ci il ərzində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə 130 yerli və 14 xarici vətəndaş saxlanılıb.


 

Ekologiya 2023-01-06 13:11:00