×
A
A
A
Sazlamalar

Ötən il ətraf mühitin mühafizəsinə dair qanun pozuntularına görə 10 min 124 akt tətbiq olunub

Bakı, 6 yanvar, AZƏRTAC

Ötən il ərzində ətraf mühitin mühafizəsinə dair qanun pozuntularına yol verildiyinə görə 10 min 124 akt, 222 protokol tətbiq olunub.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, qanun pozuntularına yol verən şəxslərə qarşı 600 milyon 700 min həcmində cərimə tətbiq edilib. Bildirib ki, həmin cərimələrdən 4 662 min 127 manat ətraf mühitin mühafizəsi fonduna təqdim edilib.
Qurum rəsmisi qeyd edib ki, ötən il ərzində ölkəmizdə ətraf mühitin mühafizəsinə dair qanun pozuntularının sayında azalma müşahidə olunub.

Ekologiya 2023-01-06 12:27:00