Bayram günlərində TƏBİB-ə zəhərlənmə şübhəsi ilə bağlı 180 müraciət daxil olub
Bakı, 6 yanvar, AZƏRTAC
Bayram günlərində (31 dekabr 2022-ci ildən 5 yanvar 2023-cü ilədək) TƏBİB-in tabeliyində fəaliyyət göstərən Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə şübhəsi ilə bağlı 180 müraciət daxil olub.
TƏBİB-dən AZƏRTAC-a bildirilib ki, müraciət edənlərdən 21 nəfərin (15-i qadın, 6-si kişi olmaqla) vəziyyəti ağır olduğu üçün onlar Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, 159 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Xəstəxanaya yerləşdirilən 21 nəfərdən 7-si dərmandan, 3-ü sirkə turşusundan, 4-ü etanol spirtindən, 4-ü dəm qazından, o cümlədən 2-si allergiyadan, 1-i isə botulizmdən səbəbindən zəhərlənib.
Tibb müəssisəsinə yerləşdirilən şəxslərdən 1-i ambulator müalicə üçün evə buraxılıb, hazırda 20 nəfərin (4-nün vəziyyəti ağır qiymətləndirilir) müalicəsinə davam edilir.
Şirvan Şəhər Mərkəzi Xəstəxanasının laboratoriyası müasir avadanlıqlarla təchiz edilib
Görmə qabiliyyəti məhdud olan şəxslər tibb müəssisələrində işlə təmin olunub
Martın 29-da Azərbaycanda COVID-19 əleyhinə 246 doza vaksin vurulub
Bu gün Azərbaycanda COVID-19-a 97 yoluxma faktı qeydə alınıb
Yetkinlik yaşına çatmayan şəxsdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır