Yanvarın 5-də Azərbaycanda COVID-19 əleyhinə 396 vaksin vurulub
Bakı, 5 yanvar, AZƏRTAC
Yanvarın 5-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 396 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 325, ikinci doza vaksinlərin sayı 18, üç və daha çox doza vaksinlərin sayı 40, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 13-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 932 min 675, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 396 min 890, ikinci mərhələ üzrə 4 milyon 875 min 728, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 395 min 397, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 660-dır.
Yuyucu vasitələr xərçəngin inkişafına səbəb ola bilər
Yazın əvvəlində immuniteti qorumaq lazımdır
Fazil Mustafa hüquq-mühafizə qurumlarından birinin hospitalına köçürülüb
TƏBİB: Deputat Fazil Mustafanın vəziyyəti stabildir VİDEO
Martın 28-də Azərbaycanda COVID-19 əleyhinə 595 vaksin vurulub