Azərbaycanda COVID-19-a daha 66 yoluxma faktı qeydə alınıb
Bakı, 5 yanvar, AZƏRTAC
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 66 yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb, 1 nəfər bu xəstəlikdən vəfat edib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 826 min 562 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 min 232 nəfər müalicə olunaraq sağalıb, 10 min 9 nəfər vəfat edib. Aktiv xəstə sayı 321 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1846, bu günə qədər isə ümumilikdə 7 milyon 436 min 506 test icra olunub.
Martın 29-da Azərbaycanda COVID-19 əleyhinə 246 doza vaksin vurulub
Bu gün Azərbaycanda COVID-19-a 97 yoluxma faktı qeydə alınıb
Yetkinlik yaşına çatmayan şəxsdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır
Donorluğa nəzarət üçün Səhiyyə Nazirliyi nəzdində Etika Komissiyası fəaliyyət göstərəcək