Tərtərdə mənşəyi məlum olmayan toyuq əti satışının qarşısı alınıb
Bakı, 5 yanvar, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Tərtər rayonunun H.Əliyev prospektində “Tərtər Ticarət Mərkəzi” MMC-nin ərazisində Kazımov Kamran Vladik oğluna məxsus 99-RR-148 dövlət qeydiyyat nişanlı, “Gelly” markalı ağ rəngli minik avtomobilinin yük yerinə keçirilən baxış zamanı mənşəyi məlum olmayan quş ətləri aşkar olunub.
Quş ətlərinin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı, həmçinin temperatur rejiminə əməl edilmədən və kənd toyuğu adı altında satışının həyata keçirildiyi müəyyən edilib.
Müayinələrin aparılması məqsədilə götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub və məhsullar qanunvericiliyin tələblərinə uyğun olaraq saxlanca qoyulub. Araşdırmalar davam etdirilir.
İstehlaka yararsız müxtəlif növ süd məhsulu məhv edilib
Bakıxanov qəsəbəsində “Uğur” dönər satışı məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb
2023-2026-cı illərdə 11 yeni regional DOST Mərkəzi açılacaq
Qida sahəsində fəaliyyət göstərən 19 müəssisədə nöqsanlar aşkarlanıb
31 mart soyqırımı erməni vəhşiliyinin hüdudlarının olmadığının gösrəricisidir