×
A
A
A
Sazlamalar

Maştağa qəsəbəsində bibər və pomidor toxumlarının fitosanitar monitorinqləri aparılıb

Bakı, 5 yanvar, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində toxum satışı ilə məşğul olan müəssisələrdə monitorinqlər aparılıb. Monitorinqlər zamanı bibər və pomidor toxumlarından götürülən nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında virusoloji müayinəsi nəticəsində Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində fiziki şəxs Mirzəyev Ağacabir Mirnəcəf oğluna məxsus mağazada satışı həyata keçirilən “Yalova Çarlston”, “BT İnce Sivri Kıl Acı 016”, “BT Çorlu” və “Sera Demre 8” əmtəə nişanlı bibər toxumlarında pomidorun bürünclük virusu və pomidor meyvələrinin qonur qırışıqlıq virusu aşkar edilib. Qanunvericiliyə uyğun olaraq dövriyyədən çıxarılmış istifadəyə yararsız bibər toxumlarının məhv edilməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, insan sağlamlığına təsir etməyən, lakin fitosanitar riski yüksək qiymətləndirilən və bitkiçilik məhsullarının əmtəəlik keyfiyyətini aşağı salan həmin viruslar məhsulun iqtisadi dəyərinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Sosial 2023-01-05 18:18:00