Nərimanov rayonunda mənzildə dörd cəsəd aşkarlanıb
Bakı, 5 yanvar, AZƏRTAC
Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonunda mənzillərin birində giriş qapısının açılmaması səbəbindən xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə edərək dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki mənzilin giriş qapısını açıblar.
Mənzildə dörd nəfərin cəsədi aşkarlanıb.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Samuxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb
Bakıda müəssisədən 8 min manatlıq oğurluq olub
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Goranboyda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakıda 15 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb