Xəbərdarlıq: Yanvarın 8-dən başlayaraq hava kəskin dəyişəcək
Bakı, 5 yanvar, AZƏRTAC
Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra yanvarın 8-dən başlayaraq havanın dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Bunu AZƏRTAC-a Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O qeyd edib ki, şimal-şərq küləyi yanvarın 7-si axşamdan 8-i gündüzədək yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə enərək, yanvarın 10-11-də gecə 2 dərəcəyədək şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq.
“Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq yanvarın 7-si axşamdan ayın 12-dək ölkə ərazisində havanın dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir”.
G.Məmmədova qeyd edib ki, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə enərək, gecə 0-5 dərəcə şaxta, gündüz 4 dərəcəyədək isti, dağlıq rayonlarda isə gecə 10-15, gündüz 5-8 dərəcə şaxta olacaq. Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlama ehtimalı var.
Paytaxt havasında dispers toz hissəciklərinin miqdarı normadan 1.8 dəfə yuxarı olub
Temperatur 10 dərəcəyədək enəcək, yağış və qar yağacaq
Ala qarğalar ağıllı quşlar olduğundan onlarla mübarizə aparmaq çox çətindir
Bu ilin ötən dövrü ərzində "Tullantıları tinglərə dəyiş" adı altında 8 aksiya keçirilib
Sabah paytaxtda 23, bəzi bölgələrdə isə 28 dərəcə isti olacaq