Bayram günlərində milli parkları 5 mindən çox turist ziyarət edib
Bakı, 5 yanvar, AZƏRTAC
Bayram tətili günlərində havaların əlverişli keçməsi ölkənin müxtəlif bölgələrində yerləşən milli parklarda canlanmaya səbəb olub.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev AZƏRTAC-a bildirib ki, bu günlərdə Azərbaycanın milli parklarına 5 min 11 turist səfər edib və ən çox turist qəbul edən milli parklarımız Göygöl, Abşeron və Ağgöl olub: “Ölkəmizdə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var. Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir”,- deyə xidmət rəisi bildirib.
Xatırladaq ki, bayram tətili günlərində milli parklarda “açıq qapı” günü elan edilib və ziyarətçilər ödənişdən azad olunub.
Dünən meşə fondu torpaqlarında 14 mindən artıq ağac əkilib
Martın 29-da atmosfer havasının keyfiyyəti necə olub?
Avropa İttifaqında mühüm ekoloji qanun ratifikasiya edilib
İşlənmiş batareyaların toplanması məntəqələrinin sayı artırılır
Tovuz, Göygöl və Qəbələdə ümumilikdə 5 mindən çox ağac əkilib