Bayram günlərində meşə fondu torpaqlarında 25 min ağac əkilib
Bakı, 4 yanvar, AZƏRTAC
Bayram və tətil günlərində ölkə ərazisinin meşə fondu torpaqlarının 15 hektar sahəsində 25 min ağac əkilib, 1 ton toxum səpilib.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov AZƏRTAC-a bildirib ki, bu günlərdə hava şəraitinin əlverişli olması ölkə ərazisində meşəbərpa tədbirlərinin davam etdirilməsinə şərait yaradıb.
"Meşəbərpa tədbirləri bu gün Siyəzən, Sabirabad və Masallı rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək sahələrində aparılıb və ümumilikdə 8 hektar sahədə 6500 ədəd müxtəlif növ ağac tingi əkilib, 500 kiloqramdan çox toxum səpilib".
C.Qəribov qeyd edib ki, ölkənin bütün regionlarının meşə fondu torpaqlarında meşəbərpa tədbirləri davam edir və hər bölgənin iqlim şəraitinə uyğun Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağac tingləri əkilir, toxumlar səpilir.
Vahid Kirişçi: Azərbaycanla münasibətlərimiz bir çox ölkəyə örnək olacaq səviyyədə inkişaf edəcək
Azərbaycanla BMqT arasında qlobal iqlim dəyişikliyi ilə mübarizə sahəsində fikir mübadiləsi aparılıb
BMT Azərbaycanın Su Konfransındakı təşəbbüsünü yüksək qiymətləndirib
Paytaxt havasında dəm qazının miqdarı normanı 1.6 dəfə ötüb
Antonio Quterreş: İqlim dəyişikliyi Yer kürəsini yaşayış üçün yararsız edir