×
A
A
A
Sazlamalar

Yanvarın 4-də Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb

Bakı, 4 yanvar, AZƏRTAC

Yanvarın 4-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 932 min 279, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 396 min 565, ikinci mərhələ üzrə 4 milyon 875 min 710, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 395 min 357, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 647-dir.

 

 

Səhiyyə 2023-01-04 16:54:00