×
A
A
A
Sazlamalar

Azərbaycanda daha 34 nəfər koronavirusa yoluxub

Bakı, 4 yanvar, AZƏRTAC

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 34 yoluxma faktı qeydə alınıb, 95 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 826 min 496 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 min 149 nəfər müalicə olunaraq sağalıb, 10 min 8 nəfər vəfat edib. Aktiv xəstə sayı 339 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 965, bu günə qədər isə ümumilikdə 7 milyon 434 min 660 test icra olunub.

Səhiyyə 2023-01-04 16:51:00