×
A
A
A
Sazlamalar

Qatarın Tovuz rayon sakinini vuraraq öldürməsi faktı ilə bağlı cinayət işi başlanılıb

Bakı, 4 yanvar, AZƏRTAC

Yanvarın 3-də saat 20 radələrində Azərbaycan Dəmir Yolları QSC-yə məxsus qatarın Tovuz rayonu ərazisindən keçən zaman 1986-cı il təvəllüdlü Tural Yaqubovu vurması və onun aldığı xəsarətlərdən ölməsinə dair əsaslı şübhələr müəyyənləşdirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu nəqliyyatında hərəkət təhlükəsizliyi və istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Hadisə 2023-01-04 15:30:00