ÜST ekspertləri Çində koronavirusun genom sekvensiyası sahəsində tədbirləri gücləndirməyi tövsiyə ediblər
Bakı, 4 yanvar, AZƏRTAC
Çində COVID-19 virusuna yoluxmanın artdığı bir vaxtda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri koronavirus infeksiyası ilə mübarizədə növbəti addımları müzakirə etməkdən ötrü Cenevrədə toplaşıblar.
COVID-19 üzrə Texniki məsləhətçi qrupun görüşünə Çin alimlərinin dəvət olunması barədə məlumatı ÜST-də təsdiqləyiblər. 2020-ci ilin iyununda yaradılan 30 ekspertdən ibarət qrupun vəzifəsi koronavirusun mutasiyası barədə məlumatları öyrənmək və yeni variantların təhlükəlilik dərəcəsini müəyyən etməkdir.
AZƏRTAC Birləşmiş Millətlər Təşkilatının (BMT) saytına istinadla xəbər verir ki, qrup sonuncu dəfə ötən ilin oktyabrında toplaşıb.
Bundan əvvəl ÜST-də bildirmişdilər ki, çinli alimlərə “SARS-CoV-2”nin genom sekvensiyası barədə ətraflı məlumatları təqdim etmək xahişi göndərilmişdi. Cümə günü ÜST-nin başçısı Çini COVID-19-a qarşı mübarizədə öz strategiyası haqqında məlumatla bölüşməyə çağırıb. ÜST ekspertləri Çində genom sekvensiyası və koronavirus infeksiyasının yayılmasının izlənilməsi sahəsində tədbirləri gücləndirməyi tövsiyə ediblər.
ÜST-nin Baş direktoru Tedros Gebreyesus özünün tviter səhifəsində “risklərin dəyərləndirilməsi və onlara reaksiya verilməsində effektiv tədbirlərin formalaşdırılması üçün mötəbər məlumatların alınmasının zəruri olmasını” vurğulayıb. Gebreyesus ÜST-nin bu sahədə Çinə dəstəyini, eləcə də vaksin skeptisizminin aradan qaldırılmasında köməyini təklif edib. Çinin hakimiyyət orqanları “yoluxmanın sıfır səviyyəsi” siyasətini zəiflətmək qərarına gəliblər.
Yuyucu vasitələr xərçəngin inkişafına səbəb ola bilər
Yazın əvvəlində immuniteti qorumaq lazımdır
Fazil Mustafa hüquq-mühafizə qurumlarından birinin hospitalına köçürülüb
TƏBİB: Deputat Fazil Mustafanın vəziyyəti stabildir VİDEO
Martın 28-də Azərbaycanda COVID-19 əleyhinə 595 vaksin vurulub