Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb
Bakı, 3 yanvar, AZƏRTAC
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 10-15° isti, Bakıda gecə 5-7° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 772 millimetr civə sütunundan 765 millimetr civə sütununa enəcək. Nisbi rütubət 50-60 faiz olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti, bəzi yerlərdə 3°-dək şaxta olacaq.
Azərbaycanla BMqT arasında qlobal iqlim dəyişikliyi ilə mübarizə sahəsində fikir mübadiləsi aparılıb
BMT Azərbaycanın Su Konfransındakı təşəbbüsünü yüksək qiymətləndirib
Paytaxt havasında dəm qazının miqdarı normanı 1.6 dəfə ötüb
Antonio Quterreş: İqlim dəyişikliyi Yer kürəsini yaşayış üçün yararsız edir