Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 19 yoluxma faktı qeydə alınıb
Bakı, 2 yanvar, AZƏRTAC
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 19 yoluxma faktı qeydə alınıb. On beş nəfər müalicə olunaraq evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 826 min 446 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 min 961 nəfər müalicə olunaraq sağalıb, 10 min 8 nəfər vəfat edib. Aktiv xəstə sayı 477 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 598, bu günə qədər isə ümumilikdə 7 milyon 432 min 722 test icra olunub.
Mehriban Zəki və Dilarə Əliyeva Sumqayıt xəstəxanasına təxliyə olunublar - TƏBİB
Bu gün Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb
Son sutkada COVID-19 infeksiyasına 5 yoluxma qeydə alınıb
Son sutkada COVID-19 infeksiyasına 8 yeni yoluxma qeydə alınıb