×
A
A
A
Sazlamalar

DİN: Həftəsonu yol-nəqliyyat hadisələri nəticəsində 10 nəfər həlak olub

Bakı, 2 yanvar, AZƏRTAC

Həftə sonu daxili işlər orqanlarının əməkdaşları ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin üstünü açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 23, o cümlədən borclu şəxs qismində axtarılan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 10 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Hadisə 2023-01-02 11:55:00