Yanvarın 1-də Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb
Bakı, 1 yanvar, AZƏRTAC
Yanvarın 1-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 932 min 279, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 396 min 565, ikinci mərhələ üzrə 4 milyon 875 min 710, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 395 min 357, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 647-dir.
Martın 25-də Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 17 yoluxma faktı qeydə alınıb
Ürək sağlamlığının qızıl qaydası - zərərli vərdişlərdən uzaq olmaq, düzgün qidalanma, fiziki fəallıq