×
A
A
A
Sazlamalar

Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Bakı, 1 yanvar, AZƏRTAC

Azərbaycanda yanvarın 2-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə duman olacaq, Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-13° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunu, nisbi rütubət 55-60 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq, Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3°-dək şaxta təşkil edəcək.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq, Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° şaxta, gündüz 5-10° isti olacaq.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq, Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 2-7° isti, bəzi yerlərdə 2°-dək şaxta olacağı gözlənilir.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq, Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 2-7° isti, bəzi yerlərdə 3°-dək şaxta olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olma ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacağı proqnozlaşdırılır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq, Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz3° şaxtadan 2°-dək isti təşkil edəcək.
Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq, Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-4° isti, gündüz 7-11° isti, dağlarda gecə 1° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti olacağın gözlənilir.

 

Ekologiya 2023-01-01 16:05:00