×
A
A
A
Sazlamalar

Gələn il dövlət büdcə xərclərinin ÜDM-ə nisbətinin 30 faizi üstələyəcəyi gözlənilir

Bakı, 31 dekabr, AZƏRTAC

Azərbaycan iqtisadiyyatının fəaliyyət mühitinin yüksək dəyişkənliyini nəzərə alaraq Mərkəzi Bank 2023-cü ildə də makroiqtisadi proqnozları müxtəlif ssenarilər üzrə müntəzəm yeniləyəcək. 2023-cü ildə əsas ixrac məhsulları üzrə dünya qiymətləri, ticarət tərəfdaşlarında makroiqtisadi durum, qeyri-neft məhsul və xidmət ixracı potensialının reallaşması Azərbaycanın tədiyə balansına təsir göstərən əsas amillər olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
Qiymətləndirmələrə görə, 2023-cü ildə də tədiyə balansının cari əməliyyatlar hesabında profisit gözlənilir. İxracın strukturunun diversifikasiyası cari hesabı balanslaşdıran neft qiymətinin rolunun azalmasına səbəb olur. 2023-cü ildə də dövlət tələbi iqtisadi aktivliyin dəstəklənməsində mühüm rol oynayacaq. 2023-cü ildə dövlət büdcə xərclərinin ÜDM-ə nisbətinin 30 faizi üstələyəcəyi gözlənilir. Növbəti ildə büdcə qaydasının tətbiqinin davam etdirilməsi ilə qeyri-neft fiskal kəsirin və borclanmanın azaldılması strategiyasının həyata keçirilməsi uzunmüddətli fiskal dayanıqlılığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Maliyyə 2022-12-31 04:46:00