×
A
A
A
Sazlamalar

Beynəlxalq yükdaşımalarında iştirak edən 8 minə yaxın sürücü təlimlərə cəlb ediləcək

Bakı, 30 dekabr, AZƏRTAC

Azərbaycanda beynəlxalq yükdaşımalarında iştirak edən 8 minə yaxın sürücü təlimlərə cəlb ediləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
O bildirib ki, bu günədək 2500-dən çox sürücü Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Təlim-Tədris Mərkəzinin təşkil etdiyi peşəkarlıq səriştəsinə dair təlimlərdə iştirak edib. Ümumilikdə isə 8000 sürücünün təlimlərə cəlb edilməsi nəzərdə tutulur.

Nəqliyyat 2022-12-30 18:33:00