×
A
A
A
Sazlamalar

Rəhman Hümmətov: Azərbaycanda daşıyıcıların sayı 2 dəfəyə yaxın artıb

Bakı, 30 dekabr, AZƏRTAC

AZƏRTAC xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
O bildirib ki, son bir ildə daşıyıcıların sayının artması, daşımalarda istifadə edilən nəqliyyat vasitələri parkının genişlənməsi, eləcə də Azərbaycan daşıyıcılarının müvafiq bazar paylarının artması müşahidə edilir: “Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşıyıcıların sayı 107-dən 208-ə çatıb. Avtonəqliyyat vasitələrinin sayı isə ötən il 3432 ədəd idi. Bu il artıq 8000-dən çoxdur”.

Nəqliyyat 2022-12-30 18:22:00