Tikintinin layihələndirilməsində nöqsanların aradan qaldırılması yollarından danışılıb
Bakı, 30 dekabr, AZƏRTAC
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Tikintiyə icazələrin verilməsi” İşçi Qrupunun 2022-ci il üzrə Fəaliyyət Planına əsasən, layihələrin keyfiyyətinin artırılması və layihəçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində seminar təşkil edilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, tədbirdə ərazi planlaşdırma sənədlərinin və tikinti layihələrinin tərtibatı zamanı aşkarlanan əsas nöqsanlar barədə danışılıb, onların aradan qaldırılması yolları ətrafında müzakirələr aparılıb.
Qeyd olunub ki, bir sıra hallarda şəhərsalma əsaslandırmaları və memarlıq həlli bölmələri arasında ciddi uyğunsuzluqlar müşahidə olunur, tikinti əmsalları və ara məsafələri kimi əsas tələblərə layihəçilər tərəfindən riayət edilmir, həmçinin məlumatlandırma icraatı qaydasında fərdi evlər üzrə təqdim edilən layihələrdə qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilir.
Son dövrdə Komitə rəsmiləri tərəfindən təhlil edilmiş layihələrin əhəmiyyətli hissəsində sözügedən səhvlərin təkrarlanmasının tikintiyə icazə icraatında gecikmələrin əsas səbəblərindən olduğu seminar iştirakçılarının diqqətinə çatdırılıb.
Seminar zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsində müntəzəm aparılan təhlillərin ötən il üzrə nəticələri elan olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihələndirmə təşkilatlarına müvafiq tövsiyələr verilib. Həmçinin layihələndirmə təşkilatları nümayəndələrinin təklifləri dinlənilərək qeydə alınıb.
Seminarda Komitənin səlahiyyətli şəxsləri və layihəçi şirkətlərin nümayəndələri, memarlar iştirak ediblər.
İmişli rayonunda 43.5 kilometr uzunluğa malik yolların yenidən qurulması davam edir
Azərbaycan Höküməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında saziş imzalanıb
Ümumi inşaat işlərinin 90,6 faizini qeyri-dövlət tikinti müəssisələri görüblər
Yanvarda metallurgiya sənayesində 71,1 milyon manatlıq məhsul istehsal olunub